AZ

Minlərlə manatlıq ağılllı dərmanlar harada və necə satılır?

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Özəl tibb müəssisələri onkoloji tibbi xidmət həyata keçirə biləcək. 

“Cebheinfo.az” xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlara dəyişiklikdə öz əksini tapıb. 

Hazırda “Onkoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, onkoloji xidmət yalnız bu sahə üzrə ixtisaslaşmış dövlət müəssisələri tərəfindən həyata keçirilir. Bu xüsusda, Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına göstərilir. 

Onkoloji xəstələrə müalicə-diaqnostika yardımı fərdi müraciət və ya müalicə-profilaktika müəssisəsinin göndərişi əsasında ixtisaslaşdırılmış onkoloji müəssisələrdə göstərilir. Onkoloji xəstələrin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi üzrə tədbirlər dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir. 

Ölkədə onkoloji xəstələrin sayı artır və bununla yanaşı, bu xəstələrin müalicəsi üçün vacib olan dərmanların əksəriyyəti bahadır. Onkoloji xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan ağıllı dərmanlar var ki, bir ədədi hətta 3500 manata satılır. 

Onkoloji xəstəliklər üçün ölkədə istifadə olunan ağıllı dərmanlara Keytruda (pembrolizumab), Opdivo (nivolumab), trastuzumab, erlotinib və sunitinib daxildir ki, onların satış qiyməti bir neçə min manatdır. 

Bəs bu dərmanların təminatı hansı qaydada həyata keçirilir? 

Tibbi onkoloq Cəmilə Nəzirova “Cebheinfo.az”-a bildirib ki, onkoloji xəstəliklərin müalicəsində dərman terapiyası əsas istiqamətlərdən biridir. Xərçəngə qarşı istifadə olunan dərmanlar bir neçə qrupa bölünür: 

“Birinci qrupa kimyəvi dərmanlar, yəni kimyaterapiya daxildir. Kimyəvi dərmanlar həm şiş hüceyrələrini, həm də sağlam hüceyrələri məhv etməklə xərçəngin yaranmasının qarşısını alır. İkinci qrup hədəf dərmanlardır, yəni target terapiya (ağıllı dərman müalicəsi). 

Bu dərmanlar şiş hüceyrələrinin inkişafını təmin edən molekulyar mexanizmləri bloklayır. Bu dərmanlar süd vəzi və ağciyər xərçənginin müalicəsində daha geniş istifadə olunur. Üçüncü qrup immunoterapiyadır. Son dövrlərdə ən böyük yeniliklərdən biri immunoterapiyadır. 

Bu dərmanlar birbaşa şişi məhv etməklə yanaşı, xəstənin öz immun sistemini aktivləşdirərək xəstəliklə mübarizə aparmasına kömək edir. Bu üsul ən çox ağciyər və böyrək xərçəngində istifadə olunur. Dördüncü qrup hormonal terapiyadır. Bu üsul daha çox hormona həssas xərçəng növlərində tətbiq edilir”. 

Onkoloq bildirir ki, onkologiyada erkən diaqnostika çox önəmlidir: 

“Bunun üçün bir neçə diaqnostik metod mövcuddur: radioloji müayinələr, ultrasəs müayinəsi, kompüter tomoqrafiyası, maqnit-rezonans tomoqrafiyası, süd vəzi üçün mammoqrafiya, endoskopik və laborator müayinələr və s. İlkin diaqnostika üçün bu metodlar vacibdir. 

Ağıllı dərman müalicəsini və ya immunoterapiyanı təyin etmək üçün isə molekulyar-genetik testlər xüsusi əhəmiyyət daşıyır. Ağıllı dərman müalicəsinin digər üsullardan fərqi ondadır ki, o, konkret hədəfə yönəlir, xərçəng hüceyrəsinin böyüməsini bloklayır və sağlam hüceyrələrə minimal mənfi təsir göstərir.

Bu dərmanlardan ən çox ağciyər, süd vəzi və böyrək xərçəngində istifadə olunur. Ağıllı dərmanların əsas üstünlüyü onların daha selektiv təsir göstərməsidir. Kimyaterapiya ilə müqayisədə ağıllı dərmanların sağlam toxumalara zərəri daha azdır”. 

Onkoloq qeyd edir ki, ağıllı dərmanların əsas özəlliyi fərdiləşdirilmiş müalicə imkanı yaratmasıdır: 

“Əvvəllər onkologiyada hamıya eyni müalicə üsulu tətbiq olunurdusa, indi hər xəstənin şişinin xüsusiyyətlərinə uyğun müalicə üsulu seçilir”. 

Onkoloq qeyd edib ki, xəstələr ağıllı dərmanları resept əsasında ölkənin böyük apteklərindən əldə edə bilirlər: 

“Ağıllı dərmanların əsas özəlliyi fərdiləşdirilmiş müalicə imkanı yaratmasıdır. Əvvəllər onkologiyada hamıya eyni müalicə üsulu tətbiq olunurdusa, indi hər xəstənin şişinin xüsusiyyətlərinə uyğun müalicə üsulu seçilir”.

Aişə Abdulova 

“Cebheinfo.az”

 

Açar sözlər:

ağılllı dərmanlar Cəmilə Nəzirova

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
1
cebheinfo.az

2Mənbələr