AZ

Hakim partiyada 38 nəfər Paşinyana qarşı çıxdı

ain.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” Partiyası 2026-cı il parlament seçkiləri üçün namizədlər siyahısını müəyyənləşdirir. Partdiya daxilində namizədləri seçmək üçün səsvermənin birinci turu keçirlib.Modern.az xəbər verir ki, parlamentin “Vətəndaş müqaviləsi”ndən olan deputatı Arusyak Manavazyan bildirib ki, səsvermədə ümumilikdə 1028 nəfər iştirak edib və 932 etibarlı bülleten istifadə olunub.Birinci turda 38 nəfərin Baş nazir Nikol Paşinyana səs vermədiyi barədə iddialara cavab verən parlamentin fraksiya katibi Artur Ovannisyan bildirib:"Bəli, belə insanlar var. Biz demokratik partiyayıq, bu, Ermənistanın siyasi tarixində şəffaflıq və demokratiya baxımından görünməmiş bir hadisədir. Ümid edirəm ki, digər siyasi qüvvələr də buna bənzər tədbirlər təşkil edəcəklər".

Qeyd edək ki, üç günlük səsvermənin nəticələrinə görə, Nikol Paşinyan 894, Suren Papikyan 780, Gevorq Papoyan 765 və Ararat Mirzoyan 743 səs toplayıb.Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
3
modern.az

4Mənbələr