AZ

Vardanyana nə qədər cəza veriləcək? KONKRET

ain.az bildirir, Konkret.az portalına istinadən.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı maddələri üzrə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində məhkəmə prosesi davam edir. Fevralın 17-də keçiriləcək növbəti açıq məhkəmə iclası ərəfəsində isə əsas sual gündəmə gəlir: Vardanyanı hansı cəza gözləyir?

Mövzu ilə bağlı hüquqşünas Toğrul Məmmədov KONKRET.az-a açıqlamasında bildirib ki, irəli sürülən ittihamların ağırlığı nəzərə alınarsa, təqsirləndirilən şəxs barəsində ən sərt cəzanın seçilməsi ehtimalı yüksəkdir.

“Azərbaycan qanunvericiliyinə əsasən iki və daha artıq şəxsin ölümü ilə nəticələnən ağır cinayətlərdə təqsirli bilinən şəxsləri ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyə bilər”.

Hüquqşünas qeyd edib ki, xüsusilə insanlıq əleyhinə cinayətlər və terrorçuluq ağır nəticələrə səbəb olduqda məhkəmələr tərəfindən ömürlük həbs cəzasının tətbiqi praktikası mövcuddur.

“Məhkəmə təqdim olunmuş ittihamlar üzrə şəxsi təqsirli bilərsə, onun barəsində ömürlük azadlıqdan məhrumetmə cəzasının seçilməsi istisna edilmir”, – deyə o, vurğulayıb.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
konkret.az

2Mənbələr