AZ

Fırtına İtaliyanın ən məşhur abidələrindən birini məhv etdi

Məşhur "sevgililər tağı" hava şəraitinin hücumuna tab gətirə bilmədi.

QHT.az xəbər verir ki, İtaliyanın Salento bölgəsində yerləşən və “Sevgililər Tağı” kimi tanınan məşhur təbii abidə bir neçə gün davam edən fırtına, güclü külək və leysan yağışdan sonra 14 fevral gecəsi uçub. Məlumatı yerli Corrieresalentino qəzeti yayıb. Melendugno meri Maurizio Cisternino hadisəni bölgə üçün böyük itki və turizm imicinə ciddi zərbə adlandırıb. Bildirilib ki, sahil xətti sistemli qorunma və investisiya tələb edir. Ərazidə yeni çatlar müşahidə olunduğundan əlavə uçqun riski qalır və polis ərazidə patrul xidməti aparır.

Qeyd edək ki, sahil eroziyasına qarşı 4,5 milyon avroluq layihə hazırlansa da, hələ maliyyə ayrılmayıb. Fırtına Apuliyanın digər sahil hissələrində də dağıntılara səbəb olub.

Seçilən
88
qht.az

1Mənbələr