Dünyanın ən seksual qadın futbolçusu Alişa Lehmann yenidən sosial şəbəkələrin diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, "Lester"in 27 yaşlı hücumçusu Sevgililər Günü münasibətilə romantik paylaşım edib.
Lehmann tünd qırmızı və eleqant paltarda, əlində qırmızı qızılgüllər buketi ilə yadda qalan obraz yaradıb. Həmçinin, o, qeyri-adi selfi paylaşaraq yanında yeni sevgilisi, 28 yaşlı Montel Makkenzini göstərib.
Paylaşım tezliklə çox sayda “bəyənmə” toplayıb, futbolçunun 15,8 milyon izləyicisi şərhlərdə fəal müzakirə aparıb.