AZ

Litvintsev Malininlə məşqdə Olimpiadada bacarmadığını etdi - VİDEO

Azərbaycanlı fiqurlu konkisürən Vladimir Litvintsev dünya fiqurlu konkisürməsinin əsas ulduzlarından biri - ABŞ təmsilçisi İlia Malinin ilə birlikdə məşq edib.

İdman.Biz xəbər verir ki, Litvintsev sosial şəbəkə hesabında paylaşdığı videoda özü və amerikalı idmançının sinxron şəkildə dördlü tulup yerinə yetirdiyini göstərib.

Посмотреть эту публикацию в Instagram

Qeyd edək ki, məhz bu element azərbaycanlı konkisürənin Olimpiada-2026-da qısa proqram zamanı uğursuz alınmış əsas elementlərdən biri olmuşdu.

Hazırda Litvintsev Milanda məşq edir və 23-29 mart tarixlərində Çexiyada keçiriləcək dünya çempionatına hazırlaşır.

ABŞ jurnalist Filip Hersinin məlumatına görə, Malinin də dünya çempionatında iştirak edəcək. Bundan əlavə, o, yarış başa çatdıqdan və mükafatlandırma mərasimindən sonra təşkil olunan ənənəvi göstərili çıxışlara da dəvət alıb. Bu şou proqramında mükafatçılar və digər tanınmış fiqurlu konkisürənlər tamaşaçılar qarşısında öz nömrələrini nümayiş etdirirlər.

Xatırladaq ki, Litvintsev Olimpiya Oyunları-2026-da sonuncu yeri tutub. İlya Malinin isə əsas favorit statusuna baxmayaraq, yarışı 8-ci pillədə başa vurub.

İdman.Biz
Seçilən
50
1
idman.biz

2Mənbələr