AZ

Bu işçilərə 44 manat verilir

Azərbaycanda üç yaşınadək uşağa qulluğa görə müavinət ödənilir.Metbuat.az-ın məlumatına görə, qanunvericiliyə əsasən, uşağa birbaşa qulluq edən valideynlərdən biri və ya ailənin digər üzvü uşağın üç yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyət götürə bilər. Bu müddətdə uşağa baxan şəxsə dövlət tərəfindən aylıq müavinət verilir. Uşağın bir yaş yarımına qədər olan dövr üçün 44 manat məbləğində, bir yaş yarımdan üç yaşınadək isə aylıq 28 manat müavinət təyin olunur. Qeyd edək ki, bu qayda əsasən rəsmi işləyən şəxslərə aiddir.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
22
1
metbuat.az

2Mənbələr