AZ

Olimpiya Oyunlarında üç idmançı ZƏHƏRLƏNİB

Ajans.az “Bild” nəşrinə istinadən xəbər verir ki, Almaniya yığmasının üzvləri Yanina Hettich-Valts və Vanessa Voygt, eləcə də çexiyalı idmançı Jessica Jislova burgerdən zəhərləniblər. Məlumata əsasən, Yanina Hettich-Valts və Jessica Jislova mədə problemləri səbəbindən sprint yarışında iştirak etməyiblər. Oxşar simptomlar yaşayan Vanessa Voygt isə starta çıxıb və yarışı 12-ci pillədə başa vurub. Almaniya millisinin idman direktoru Feliks Bitterlinq bildirib: “Onların özlərinə uyğun olmayan bir qida qəbul etdiklərini ehtimal edirik. Problem cəmi bir gecə davam etdi”. Hadisədən sonra Almaniya yığmasının üzvləri başqa yaşayış yerinə köçürülüblər. Dəqiqləşdirilib ki, idmançılar bundan sonra yarış məkanından üç kilometr aralıda qalacaqlar. Həmçinin komandanın şəxsi aşpazının xidmətindən istifadə ediləcəyi bildirilib.

 

Seçilən
10
Ajans.az

1Mənbələr