AZ

Qarın ağrısı həqiqəti üzə çıxardı:12 kiloqramlıq şiş

Britaniyanın 33 yaşlı sakini Bekki Uordun bədənindən əvvəlcə piylənmə kimi qiymətləndirilən 12 kiloqramlıq şiş çıxarılıb.

Redaktor.az xəbər verir ki, onun hekayəsini "Metro" nəşri yayımlayıb.

Uordun sözlərinə görə, o, bir neçə il ərzində arıqlama iynələri vasitəsilə çəki atmağa çalışsa da, nəticə əldə edə bilməyib. Qadın artıq çəkinin səbəbini tənbəllik, həddindən artıq yemək və orqanizmin xüsusiyyətləri ilə əlaqələndirib. Lakin qarın nahiyəsində ağrılar və gecə tərləmələri başlayandan sonra tibbi müayinədən keçmək qərarına gəlib.

Müayinə zamanı həkimlər müəyyən ediblər ki, “piylənmə”nin əsl səbəbi qarın boşluğunda yerləşən nəhəng xərçəng şişi olub və uzun müddət adi piy yığıntısı kimi qəbul edilib. Təxminən 11 saat davam edən əməliyyat zamanı həkimlər 12 kiloqrama yaxın çəkisi olan şişi, eləcə də xəstəlikdən zədələnmiş bəzi daxili orqanları çıxarıblar.

Cərrahi müdaxilədən sonra pasiyent uzunmüddətli bərpa prosesi və əlavə müalicə kursları keçməli olub.

Aytəkin TOFİQQIZI

Seçilən
100
redaktor.az

1Mənbələr