
SEPAH-ın Hərbi Dəniz Qüvvələri Hörmüz boğazı ərazisində “Hörmüz boğazının ağıllı idarə olunması” adlı hərbi təlimə başlayıb.
Missiya.Az xəbər verir ki, bu barədə SEPAH-ın rəsmi “Teleqram” kanalı məlumat yayıb.
Bildirilib ki, təlim SEPAH-ın baş komandanı Məhəmməd Pakpurun nəzarəti altında keçirilir.
Məlumata görə, təlimə kəşfiyyatla yanaşı əməliyyat bölmələri də cəlb olunub.
Qeyd olunub ki, təlimlər Cenevrədə keçirilməsi gözlənilən ABŞ-İran danışıqlarından bir gün əvvəl start götürüb. Bu addım Amerikanın bölgədə hərbi iştirakını gücləndirməsi fonunda atılıb.
Daşqın HəsənovMissiya.Az