Almaniyanın STARK müdafiə sənayesi şirkəti Ukraynada pilotsuz uçuş aparatlarını (PUA) inkişaf etdirmək üçün tədqiqat mərkəzi açacaq.
Herbiand.az bildirir ki, bu barədə Defense Network xəbər verir.
“Avropanın ən sürətlə böyüyən müdafiə texnologiyası şirkəti olan STARK müxtəlif hərbi tətbiqlərdə pilotsuz sistemlərinə tələbatın əhəmiyyətli dərəcədə artdığını görür”, - nəşr qeyd edib.
Sənayesi şirkəti Münhen Təhlükəsizlik Konfransında Ukraynada 2000 kvadrat metrdən çox ərazini əhatə edən və 200-dən çox mütəxəssisin işlədiyi bir obyektin açıldığını elan edib. Vurğulanıb ki, avropalı mütəxəssislər Ukraynanın müdafiə şirkətləri ilə əməkdaşlıq edəcəklər.
Bəxtiyar CƏFƏRLİ