AZ

Qusarda qəza: Yük maşınıyla toqquşan “Nissan” aşdı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Qusar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza fevralın 15-də saat 17:00 radələrində Minaxür kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan 99-UT-322 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobil, “Mercedes” markalı yük maşınıyla toqquşub.

Zərbənin təsirindən “Nissan” yol kənarına aşıb.

Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib, sürücülər arasında xəsarət alan olmayıb. 

Faktla bağlı araşdırma aparılır. 

Nərmin

Oxunub 28

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
59
avtosfer.az

1Mənbələr