AZ

Geomaqnit qasırğası gözlənilir

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan Xezerxeber.az-a bildirilib ki, Günəşin fəallığı zəifləyib. Alışmaların əsas hissəsi 4366 ləkə regionunda qeydə alınıb. Maksimal alışma M2.8 sinifli olub, R1 səviyyəli radiorabitə fasilələri müşahidə edilib. Günəş səthində 5 ləkə qrupunda ümumilikdə 65 ləkə və tac dəliyi qeydə alınıb.

Hesabat dövründə 2 MeV-dən yüksək enerjili elektron seli əsasən yüksək səviyyədə olub, maksimal göstərici 1894 pfu qeydə alınıb. 10 MeV-dən yuxarı proton seli fon səviyyəsində qalıb.

Günəş küləyinin sürəti müsbət qütblü tac dəliyi axınlarının təsiri ilə arta bilər.

Bu gün və ya sabah G1 səviyyəli geomaqnit qasırğası gözlənilir.

  • Geomaqnit
  • Geomaqnit
  • Geomaqnit
  • Geomaqnit
  • Geomaqnit
  • Geomaqnit
Seçilən
31
3
xezerxeber.az

4Mənbələr