Nizami Tibb Mərkəzinə yeni baş həkim təyin olunub. "Unikal"ın əldə etdiyi məlumata görə, müvafiq əmrə əsasən, baş həkim vəzifəsinə Fikrət Əhmədov təyinat alıb. O, bu gün kollektivə təqdim edilib.
2014-cü ildən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Urologiya şöbəsinin müdiri vəzifəsində çalışır.
Qeyd edək ki, F.Əhmədov Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədovun oğludur.
Tarix: 16 Fevral 2026, 15:34