Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Hazırda səhər yeməyi üçün milyonlarla seçim mövcuddur – blinçikdən tutmuş yulaf sıyığı və omletədək. Lakin bəzi variantlar digərləri ilə müqayisədə daha zəngin qida tərkibinə malikdir.Demokrat.az xəbər verir ki, diyetoloq Liza Moskovits "HuffPost" nəşrinə açıqlamasında bir məhsulun səhər yeməyinin qida dəyərini dadına təsir etmədən əhəmiyyətli dərəcədə artıra biləcəyinid deyib.Onun sözlərinə görə, səhər yeməyi üçün superməhsul çia toxumlarıdır. Bu, onların zəngin tərkibi – lif, maqnezium, B qrupu vitaminləri, dəmir və az miqdarda zülal ilə əlaqədardır.Çia toxumları həmçinin omeqa-3 yağ turşuları ilə zəngindir. Bu maddələr beyin və ürək sağlamlığını dəstəkləyir, iltihabı azaltmağa kömək edir və həzmi effektiv şəkildə tənzimləyir.Əslində, cəmi bir porsiya çia toxumu – adətən iki-üç xörək qaşığı – təxminən 10 qram lif ehtiva edir ki, bu da əksər insanlar üçün tövsiyə olunan gündəlik normanın üçdə birinə bərabərdir. Lif yalnız həzmi yaxşılaşdırmır, həm də ürək xəstəlikləri, diabet və bəzi xərçəng növləri də daxil olmaqla bir çox təhlükəli xəstəliklərin riskini azaltmağa kömək edir.Bununla yanaşı, çia toxumları olduqca universal məhsuldur və səhər yeməyində sevilən müxtəlif təamlara asanlıqla əlavə edilə bilər."Onları yoqurtun üzərinə səpə, yulaf sıyığına qata, hətta avokadolu tostların, yumurtanın və ya qəhvənin üzərinə əlavə edə, sadəcə suda dəmləyə bilərsiniz. Onları badam südündə, adi süddə və ya istənilən bitki mənşəli süddə isladaraq gecə boyunca soyuducuda saxlamaq olar – bu, sürətli qəlyanaltı üçün əla seçimdir. Məhdudiyyətlər barədə narahat olmağı dayandırın və rasionunuza nə əlavə edə biləcəyinizi düşünün", deyə Moskovits bildirib.Jalə
Ddemokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.