AZ

Azərbaycana gətirilən elektromobillərin sayı açıqlanıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycana xaricdən 108 ədəd yalnızelektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrigətirilib.

Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu sayda elektromobillərin idxalının dəyəri 3,268milyon ABŞ dolları olub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsiilə 31 ədəd və ya 22,3%, dəyər ifadəsi ilə isə 3,3 milyon ABŞdolları və ya 2,1 dəfə azdır.

Ümumilikdə, bu ilin yanvar ayında Azərbaycana 176,5 milyon ABŞdolları dəyərində 7 591 ədəd avtomobil idxal edilib. Avtomobilidxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 72ədəd və ya 0,9% azalıb, dəyər ifadəsi ilə 37,5 milyon ABŞ dolları,yaxud da 27% artıb.

Dövr ərzində ölkəyə 36,8 milyon ABŞ dolları dəyərində 189 ədədsürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçünnəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 125,7 milyon ABŞdolları dəyərində 6 774 ədəd əsasən adam daşımaq üçün nəzərdətutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyatvasitələri idxal edilib.

Məqalədə:
Seçilən
54
az.trend.az

1Mənbələr