AZ

Göydəki Xoşqədəm xanıma borcluyam VİDEO

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

"Səni axtarıram" verilişinə üz tutan bir qadının sözləri sosial şəbəkələrdə gündəm olub.

Milli.Az xəbər verir ki,  keçmiş həyat yoldaşını yenidən ailəsinə qaytardığını deyən qadın ailə dəyərlərindən danışaraq izləyicilərə mesaj vermək istədiyini bildirib.

O, çıxışı zamanı ailənin qorunmasının vacibliyini vurğulayıb və bu prosesdə verilişin rolunu xüsusi qeyd edib. Lakin qadının təşəkkür edərkən işlətdiyi ifadə müzakirələrə səbəb olub. O, "Göydəki Xoşqədəm xanıma təşəkkür edirəm" deyə bildirib.

Bu ifadə sosial mediada geniş yayılıb və çoxsaylı istifadəçilər tərəfindən paylaşılıb. İzləyicilər arasında həm dəstəkləyən, həm də yumorla yanaşan şərhlər yazılıb. Xüsusilə "göydəki" ifadəsi ilə bağlı zarafatlar və gülməli reaksiyalar diqqət çəkib.

Qeyd edək ki, "Səni axtarıram" verilişi illərdir ailədaxili problemlərin həllinə yönələn mövzularla tamaşaçı qarşısına çıxır və tez-tez sosial mediada müzakirə mövzusuna çevrilir.

Musa

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
2
news.milli.az

3Mənbələr