AZ

Azərbaycan Kuboku: 1/8 final mərhələsinə yekun vuruldu

Futzal üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinə bu gün yekun vurulub.

90deqiqe.Az-ın məlumata görə, keçirilməsi planlaşdırılan dörd oyundan üçü baş tutub. “Yeni Suraxanı” komandası U-19-la görüşə gəlmədiyindən qarşılaşmanın nəticəsi ilə bağlı qərarı AFFA-nın İntizam Komitəsi verəcək.

Günün ilk matçında “Baku Fire-2” inamlı çıxış edərək “Ulduz”u 12:1 hesabı ilə məğlub edib.

1/8 finalın ən maraqlı qarşılaşması isə “STAR kargo” ilə “Şuşa” arasında baş tutub. Oyuna Yüksək Liqa təmsilçisi üstün başlasa da, I Liqanın iddialı komandası əzmkar oyun nümayiş etdirərək hesabı öz xeyrinə dəyişib və dramatik keçən görüşdə 10:8 hesablı qələbə qazanıb.

Son matçda isə Azərbaycan Kubokunun son qalibi olan PFL “Timsport”u 15:4 hesabı ilə darmadağın edərək 1/4 finala yüksəlib.

1/4 final mərhələsində (15 mart) aşağıdakı cütlüklər üz-üzə gələcək:

U-19 – “Yeni Suraxanı” / PFL

“Lənkəran” – “Baku Fire-2”

“STAR kargo” – “Neftçi” İK

“Xan-Lənkəran” – “Araz-Naxçıvan”

Seçilən
73
90deqiqe.az

1Mənbələr