Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 3,538 milyardABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Trend DövlətGömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eynidövrünə nisbətən 1,5 milyard dollar və ya 30,5% azdır.
Xarici ticarət dövriyyəsinin 2,236 milyard ABŞ dolları ixracın,1,302 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 802 milyon dollar və ya 26,4%, idxal isə 750 milyon dollar vəya 36,5% azalıb.
Yekunda xarici ticarətdə 933,6 milyon dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 52,4 milyon dollar və ya 5,3%azdır.