AZ

Bakıda estetik əməliyyat etdirən 43 yaşlı qadın öldü - Yenilənib

Bakıda estetik əməliyyat etdirən qadın vəfat edib.

Yenilik.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.
Belə ki, fevralın 10-da Səttar Bəhlulzadə küçəsində yerləşən “Medi Hall” hospitalda bədən şəkilləndirmə əməliyyatı edilən 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın vəziyyəti kəskin pisləşib.
Tibbi müdaxiləyə baxmayaraq o, fevralın 13-də vəfat edib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
***
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, fevralın 10-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “MediHall Hospital”da əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi Rayon prokurorluğunda araşdırma aparılır.
Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək.
Seçilən
46
13
yenilik.az

10Mənbələr