AZ

Nazir canlı yayımda elektroşoka verildi - izləyicilər şoka düşdü - Video

Argentinalı nazirin  canlı yayım zamanı elektroşoka verilməsi izləyiciləri şoka salıb

Ölkə.az xəbər verir ki, Argentinanın Kordova əyalətində cinayətkarlığa qarşı mübarizədə yeni bir üsula əl atılıb və bu telekanalda nümayiş etdirilib.  Nazir Juan Pablo Quinteros əyalət polisinin istifadə etməyi planlaşdırdığı elektroşok “GLOVE CD3" əlcəyini televiziyada canlı yayımda öz üzərində sınaqdan keçirib. Test zamanı Quinterosun cərəyana məruz qaldıqdan sonra dizləri üstə çöküb.

Əlcəyi aktiv şəkildə istifadə etdiyi üçün şiddətli elektrik şoku hiss etdiyini bildirən Quinteros deyib ki, bu dözülməzdir: “Bunu videolarda görmüşəm, amma əlinizdən çiyninizə yayılan çox güclü bir elektrik boşalmasını hiss edirsiniz. Bu o qədər güclüdür ki, başqa heç nəyi idarə edə bilmirsiniz".

"GLOVE CD3" adlanan əlcək, aşağı gərginlikli elektrik cərəyanı yaratmaqla şübhəliləri müvəqqəti olaraq iş qabiliyyətindən məhrum etməyi hədəfləyir.

Cihaz klassik elektroşok silahlarına alternativ olaraq hazırlanıb və xüsusilə yaxın məsafəli müdaxilələrdə istifadə üçün nəzərdə tutulub. 

Mürtəza

Seçilən
88
olke.az

1Mənbələr