AZ

Kristian Kivu A Seriyasında yanvarın da ən yaxşısı seçildi – ARENA.AZ

Milan “İnter”inin baş məşqçisi, rumıniyalı futbol mütəxəssisi Kristian Kivu A Seriyasında yanvar ayının ən yaxşı məşqçisi seçilib.

Arena.az xəbər verir ki, bu barədə İtaliya A Seriyasının rəsmi saytı məlumat yayıb.

“İnter” bu ilin yanvarında A Seriyası çərçivəsində keçirdiyi 6 oyunun 5-dən qalibiyyətlə ayrılıb, 1 görüşdə heç-heçə ilə kifayətlənib. Paytaxt təmsilçisi hazırda çempionatda 61 xalla vahid liderdir.

Kivu karyerasında 2-ci dəfə bu mükafata layiq görülüb. O, ötən ilin dekabr ayında da oxşar uğura imza atmışdı.

A Seriyasının cari mövsümündəki ilk mükafatı “Kremoneze”yə rəhbərlik edən Davide Nikola qazanmışdı. O, avqustun ən yaxşısı seçilmişdi. Sentyabrda və noyabrda “Milan”ı çalışdıran Massimiliano Alleqri, oktyabrda “Roma”ya rəhbərlik edən Can Pyero Qasperini fərqlənmişdi.

Xatırladaq ki, Kristian Kivu cari mövsümün əvvəlində “İnter”ə baş məşqçi təyin edilib. Onun Milan təmsilçisi ilə 2027-ci ilin 30 iyununa qədər müqaviləsi mövcuddur.

Kivu daha öncə İtaliyada “Parma”ya da rəhbərlik edib. Rumıniyalı məşqçi buna qədər “İnter”in müxtəlif yaş qruplarından ibarət komandalarında da çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
17
8
arena.az

10Mənbələr