AZ

ABŞ Kallası ələ saldı: "Xüsusi mükafat"a layiq görülüb

Avropa İttifaqı diplomatiyasının rəhbəri Kaya Kallas Münxen Təhlükəsizlik Konfransından sonra “ən pis poker siması” mükafatına layiq görülüb.

Publika.az xəbər verir ki, bu barədə “Politico” yazıb.

Qəzet bildirib ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Maykl Valsın açıqlamalarına Kallasın reaksiyası şübhə və diqqət doğurub. Müəllif Kallasın büzülmüş dodaqları və şişmiş yanaqlarının internetdə tez yayıldığını və amerikalıların Avropada yaranan qıcıqlanmanın simvoluna çevrildiyini vurğulayıb.

Həmçinin Kallas Vals ilə keçirilən iki “Ən Böyük Debat”dan birinə görə də “mükafat”a layiq görülüb.

Seçilən
81
publika.az

1Mənbələr