AZ

Avropa İttifaqının anbarlarında qaz ehtiyatlarının həcmi 33,97 faizə düşüb

Bakı, 16 fevral, AZƏRTAC

Fevralın 14-də Avropa İttifaqının yeraltı anbarlarında qaz ehtiyatlarının həcmi 33,97 faizə düşüb.

AZƏRTAC xəbər verir ki, “Gas Infrastructure Europe” assosiasiyasının məlumatına görə, bu, son dörd ilin analoji dövründə qeydə alınan ən aşağı göstəricidir. 2025-ci il fevralın 15-də Avropanın mavi yanacaq ehtiyatları 45,2 faiz, 2024-cü ildə 65,79 faiz, 2023-cü ildə isə 65,27 faiz olub.

Hazırda Fransa anbarlarında qazın həcmi 24,5 faizə, Almaniyada 23,95 faizə, Baltikyanı ölkələrdə 22,97 faizə, Niderlandda isə 15,57 faizə enib.

Seçilən
74
1
azertag.az

2Mənbələr