ain.az, Banco.az portalına istinadən məlumat verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar ayında sabit genişzolaqlı internetin sürətinə görə dünya ölkələri arasında birinci yeri Sinqapur (416.1 Mbps) tutub.
Banco.az internetin sürətini yoxlamaq üçün istifadə edilən etibarlı veb-sayt olan "Speedtest"ə istinadən xəbər verir ki, ötən ay BƏƏ (397.4 Mbps) ikinci, Fransa (348 Mbps) üçüncü olub.
152 ölkə arasında sonuncu yerdə Kuba (3.9 Mbps) qərarlaşıb. Azərbaycan isə bu siyahıda 81-ci (90 Mbps) olub.
Genişzolaqlı internetin ən sürətli olduğu 10 ölkə bunlardır (Yanvar, 2026):
Sinqapur – 416.1 Mbps
BƏƏ – 397.4 Mbps
Fransa – 348 Mbps
Honkonq (Çinin xüsusi inzibati rayonu) – 347.4 Mbps
İslandiya – 347.1 Mbps
Çili – 337.9 Mbps
Makao (Çinin xüsusi inzibati rayonu) – 315.1 Mbps
ABŞ – 306.2 Mbps
İsveçrə – 286.6 Mbps
Vyetnam – 285 Mbps
Bizi sosial şəbəkələrdən izləyin!!
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.