“Tehran” serialının israilli prodüseri Dana Eden Yunanıstanın paytaxtı Afinada otellərin birində ölü tapılıb.
APA xəbər verir ki, ölüm səbəbinin araşdırılması üçün Yunanıstan polisi tərəfindən istintaq başladılıb.
Məlumata görə, mesajlara cavab verməyən Edenin qardaşı narahat olub və onu axtarmağa başlayıb.
Nəticədə qardaşı onun meyitini oteldə qaldığı otaqda tapıb.
İsrailin İctimai Yayım Korporasiyası 52 yaşlı film prodüserinin cinayətə qurban getməsi ehtimalını təkzib edib.