AZ

Rusiyada FTX-dən əməliyyat - Nazir saxlanıldı

Rusiyanın Krasnodar diyarının mülki müdafiə və fövqəladə hallar naziri Sergey Ştrikov Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) regional idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

7News.Az-ın Ura.ru nəşrinə istinadən xəbərinə görə, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, nazir vəzifə səlahiyyətlərini aşmaqda (sui-istifadə etməkdə) şübhəli bilinir.

Həmçinin bildirilir ki, istintaq dövlət müqavilələrinin bağlanması və icrasında yol verilən pozuntularla əlaqəlidir.
Seçilən
69
2
7news.az

3Mənbələr