AZ

ABŞ-da sosial media nəzarəti: ICE tənqidçiləri hədəfdədir

ABŞ-da sosial media nəzarəti: ICE tənqidçiləri hədəfdədir

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi sosial mediada miqrasiya idarəsini tənqid edənlərin məlumatlarını tələb edib.

"The New York Times" qəzetinin adının açıqlanmasını istəməyən dörd hökumət rəsmisi və texnologiya sahəsi çalışanına istinadən yaydığı xəbərdə Daxili Təhlükəsizlik Nazirliyinin sosial mediada ICE (İmmiqrasiya və Gömrük Mühafizəsi) əleyhinə paylaşımlar edənlərə qarşı addım atdığı bildirilir.

Xəbərdə qeyd olunur ki, Nazirlik son aylarda Google, Meta, Reddit və Discord kimi şirkətlərdən bəzi istifadəçilərin adı, e-poçt ünvanı, telefon nömrəsi və oxşar şəxsiyyət məlumatlarının quruma təqdim edilməsini tələb edib. Sözügedən şirkətlərin bu tələblərin bir hissəsinə əməl etdiyi, sorğularda xüsusilə real adından istifadə etməyən və ICE haqqında tənqidi paylaşımlar edən hesabların hədəf alındığı vurğulanır.

Həmçinin nazirlik tərəfindən son 6 ay ərzində "Meta" platformasına göndərilən iki məhkəmə bildirişinin araşdırıldığı qeyd edilir. Məqalədə Prezident Donald Tramp administrasiyasının ICE-a qarşı etirazları yatırmaq məqsədilə tənqidləri yaxından izləməyə çalışdığına diqqət çəkilib. Xəbərdə fikirlərinə yer verilən "Google" rəsmisi qanuni tələbləri istifadəçi məxfiliyini qoruyacaq şəkildə nəzərdən keçirdiklərini bildirib.

Amerika Vətəndaş Azadlıqları Birliyinin (ACLU) vəkillərindən Stiv Loni son 6 ayda sosial media məlumatları tələb edilən şəxsləri təmsil etdiyini bildirərək, hökumətin bu səlahiyyətdən keçmişlə müqayisədə daha tez-tez istifadə etdiyini vurğulayıb.

Nazirlik isə bu iddialarla bağlı açıqlamasında geniş inzibati sorğu səlahiyyətinin sahədə çalışan ICE əməkdaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq olunduğunu müdafiə edib.

Seçilən
88
afn.az

1Mənbələr