Ayna saytına istinadən ain.az xəbər verir.
“Qəhrəmanlar onlara verilən səlahiyyətlərlə deyil, seçdikləri yollarla formalaşırlar"
Avropa İttifaqının (Aİ) diplomatiyasının rəhbəri Kaya Kallas “Marvel” personajından sitat gətirib və Aİ-yə çağırış edib. AYNA.AZ xəbər verir ki, diplomat bu açıqlamanı 62-ci Münxen Təhlükəsizlik Konfransında verib.
"Avropalılar, toplaşın! Və bir daha Marvel kainatından ilham almağa çalışın. Qəhrəmanlar onlara verilən səlahiyyətlərlə deyil, seçdikləri yollarla formalaşırlar", - deyə Kallas bildirib.
Əlavə edib ki, Avropanın yolu öz təhlükəsizliyini, qonşularının təhlükəsizliyini təmin etmək və dünyada tərəfdaşlıq qurmaqdır.
Diplomat məşhur “Marvel”in "Qisasçılar, toplaşın!" ifadəsini təkrarlayıb. Bu ifadə tez-tez “Kapitan Amerika” personajı ilə əlaqələndirilir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.