ain.az, Fanat portalına istinadən məlumat yayır.
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Nyukasl Yunayted" matçında ingilis fanatlar "sağsağanlar"ı tək qoymayacaqlar.
Fanat.Az-a Ağdam təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, "köhlənlər"lə görüşdə qonaqları azarkeş ordusu dəstəkləyəcək.
Belə ki, onlar üçün ayrılan 1998 biletdən 1800-dən çoxu bu saatadək alınıb. Britaniyalıların tribunada boş yer qoymayacağı şübhə doğurmur.
Qeyd edək ki, fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Nyukasl" görüşü saat 21:45-də start götürəcək.
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.