AZ

Qalatasaray bu oyun üçün mükafat qoydu 3 milyon avro

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Çempionlar Liqasının pley-off mərhələsində "Yuventus"la qarşılaşacaq "Qalatasaray" mərhələ adlamaq üçün mükafat müəyyənləşdirib.Demokrat.az xəbər verir ki, bu barədə klub prezidenti Dursun Özbək qərar verib.Qərara əsasən iki oyunun nəticəsinə görə, mərhələ adlamaq mümkün olsa, komandaya 3 milyon avro (təxminən 155 milyon lirə) mükafat veriləcək. "Qalatasaray" turnirin Liqa mərhələsində hər qələbəyə görə komandaya bir milyon avro mükafat verilirdi.Bu arada, klub maliyyə baxımından da əhəmiyyətli bir addım atıb. Bu yaxınlarda oyunçuların gecikdirilmiş maaşlarının böyük bir hissəsi onların hesablarına köçürülüb və nəticədə ümumilikdə 3,5 milyon avro ödəniş edilib. Prezident Dursun Özbek mövsümün ən vacib mərhələlərindən birinə qədəm qoyduğu bir vaxtda komandanın yalnız meydançaya diqqət yetirməsini təmin etmək üçün bütün resursları səfərbər edir.Qeyd edək ki, "Qalatasaray" - "Yuventus" oyunu sabah İstanbulda keçiriləcək və Bakı vaxtı ilə saat 21.45-də başlayacaq. Cavab qarşılaşması bir həftə sonra Turində oynanılacaq.Jalə

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
demokrat.az

1Mənbələr