AZ

Bakıda TƏHLÜKƏLİ ANLAR: Motosiklet sürücü ÖLÜMDƏN qurtuldu VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakının Badamdar şosesi ilə Mətbuat prospektinin kəsişməsində yerləşən dairədə motosiklet sürücü faciədən son anda xilas ola bilib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə anını əks etdirən videogörüntülər sosial şəbəkədə paylaşılıb.Bildirilib ki, ötən gün həmin ərazidə avtomobil yanıb. Yanğın nəticəsində asfalt örtüyünün üzərinə yağ dağılıb. Lakin sonradan ərazi təmizlənmədiyi üçün yol sürüşkən vəziyyətdə qalıb. Nəticədə sözügedən ərazidə nəqliyyat vasitələri üçün təhlükəli vəziyyət yaranıb. Bu səbəbdən də motosiklet sürücü idarəetməni itirib və yıxılıb.Xoşbəxtlikdən sürücünün əynində xüsusi geyim onu xəsarət almaqdan xilas edib.Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.

Oxunub 50

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
avtosfer.az

1Mənbələr