AZ

“Gəl, şəklini çəkim dünya” Rusiya trendinə düşdü Video

ain.az, Axsham.az portalına istinadən məlumat yayır.

İfaları hər zaman böyük səs-küy doğuran Azərbaycan incəsənətinin incisi Xumar Qədimovanın yeni təqdim etdiyi “Gəl, şəklini çəkim dünya” mahnısı daha bir uğura imza atıb.

Axşam.az-ın məlumatına görə, Əməkdar artistin klipi Rusiyada yutubda ən çox izlənilənlər siyahısına düşüb. Belə ki, mahnı üç gün əvvəl işıq üzü görsə də Rusiyada “Youtube Charts”da yer alıb.

İlk 20-likdə olan “Gəl, şəklini çəkim dünya” artıq 18-cı sıraya yüksəlib. Mahnı qlobal trendə düşərək daha çox maraq doğurub. 

Qeyd edək ki, bəstənin sözləri xalq şairi Zəlimxan Yaquba, musiqisi isə Uqoya (Uğur Rəcbər) məxsusdur. Mahnının duyğusal ab-havasını tamamlayan klarnet ifası da məhz Uqonun öz təqdimatıdır. Klipdə Xumarın tərəf müqabili "Kurtlar Vadisi Pusu" və "Eşkiya dünyaya hükümdar olmaz" seriallarından tamaşaçılara tanış olan məşhur türkiyəli aktyor Savaş Özdemir olub. Ekran işinin rejissoru Natiq Novruzdur. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
43
axsam.az

1Mənbələr