AZ

Xocalıya köçürülən daha 30 ailəyə mənzillərin açarları təqdim edilib - YENİLƏNİB

Xocalı şəhərinə köçürülən daha 30 ailəyə mənzillərin açarları təqdim olunub.

"Report"un Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, açarların təqdim edilməsi mərasimində Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, həmçinin. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak ediblər.

12:44

30 ailədən ibarət növbəti köç karvanı Xocalı şəhərinə çatıb.

"Report"un Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 30 ailənin (149 nəfər) qayıdışı təmin olunub.

Qeyd edək ki, bu köç daxil olmaqla Xocalı şəhərində artıq 144 ailə (651 nəfər) sakin məskunlaşıb.

Ümumilikdə isə Xocalı rayonu üzrə (bir şəhər və yeddi kənd) 950 ailə (3 min 916 nəfər) doğma yurduna qayıdıb.

Seçilən
59
far.az

1Mənbələr