AZ

“MediHall Hospital”da əməliyyat olunan xəstə HƏYATINI İTİRDİ

Şəxsin “MediHall Hospital'”da ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Ajans.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
 
Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, fevralın 10-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "MediHall Hospital”da əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.
Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcəkdir.
Seçilən
33
23
yenilik.az

10Mənbələr