AZ

AFFA Səbail və Şəfa nı cərimələdi

sport24.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az AFFA-ya istinadən xəbər verir ki, I Liqada və futzal çempionatı oyunları zamanı baş vermiş qayda pozuntularına görə cəzalar açıqlanıb: 

12 fevral 2026-cı il tarixində I Liqada XIV turun "Şahdağ Qusar" – "Cəbrayıl" oyununun 19-cu dəqiqəsində "Cəbrayıl" komandasının 4 nömrəli futbolçusu Hüseyn Hüseynov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, "Cəbrayıl" komandası 300 manat cərimə edilsin (maddə 46);

12 fevral 2026-cı il tarixində I Liqada XIV turun "Şahdağ Qusar" – "Cəbrayıl" oyununun 89-cu dəqiqəsində "Cəbrayıl" komandasının 19 nömrəli futbolçusu Arsene Dauda ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, "Cəbrayıl" komandası 150 manat cərimə edilsin (maddə 17.5, 17.7);12 fevral 2026-cı il tarixində I Liqada XIV turun "Səbail" – "Şəfa" oyununda "Səbail" komandasında 7 nəfər sarı vərəqə aldığı üçün "Səbail" komandası 210 manat cərimə edilsin (maddə 43.1);12 fevral 2026-cı il tarixində I Liqada XIV turun "Səbail" – "Şəfa" oyununda "Şəfa" komandasında 5 nəfər sarı vərəqə aldığı üçün "Şəfa" komandası 210 manat cərimə edilsin (maddə 43.1);14.02.2026-ci il tarixində keçirilən futzal üzrə Azərbaycan Kubokunun 1/8 mərhələsinin Baku-Fire – Araz Naxçıvan oyununda Baku-Fire komandasının oyunçusu Eldar Zeynalov oyunun 38-ci dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun oyuna buraxılmasın (maddə 46);15.02.2026-ci il tarixində keçirilməli olan futzal üzrə Azərbaycan Kubokunun 1/8 mərhələsinin U-19 - Yeni Suraxanı oyunu Yeni Suraxanı təyin olunan vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Yeni Suraxanı komandasına 0:5 hesablı texniki məğlubiyyət verilsin (maddə 79.1)Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
3
sport24.az

4Mənbələr