AZ

“Real” “Barselona”dan futbolçu transfer edir

“Barselona”nın müdafiəçisi Jül Kunde yay transfer pəncərəsində klubunu dəyişə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Real” klubu yaxından maraqlanır. “Barselona” rəhbərliyi Kundeni toxunulmaz oyunçu hesab etsə də, əgər kluba 60-80 milyon avro aralığında rəsmi təklif daxil olarsa, transfer variantını nəzərdən keçirməyə hazırdır.

Fransalı müdafiəçi ilə İngiltərənin Çelsi klubu da maraqlanır. Onun “Barselona” ilə mövcud müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.

Cari mövsümdə 27 yaşlı futbolçu bütün turnirlər daxil olmaqla 36 oyunda iştirak edib, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Seçilən
99
idmanxeber.az

1Mənbələr