AZ

Bu sürücülər 150 manat cərimələnir

Ödənişli avtomagistrallardan istifadə qaydalarını pozan sürücülər cərimələnəcək.Metbuat.az-ın məlumatına görə, sürücülər pullu magistral yollara yalnız ödəniş məntəqələrindən keçməklə daxil ola bilərlər. Əgər sürücü ödəniş etmədən kənar yollardan magistrala daxil olarsa və ya yalnız xüsusi icazəsi olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş xidməti keçid zolağından istifadə edərsə, bu, qayda pozuntusu sayılır. Bu hal Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 352-1-ci maddəsinə əsasən inzibati məsuliyyət yaradır. Qaydanı pozan sürücülər 150 manat məbləğində cərimə edilirlər.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
21
metbuat.az

1Mənbələr