AZ

Ombudsman skuterlərlə bağlı dövlət qurumlarına müraciət etdi

Skuter sürənlərin təhlükəsizlik dəbilqəsindən istifadəsi məcburi olmalıdır.

Aznews.az xəbər verir ki, bu, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın azyaşlıların elektroskuterlərdən nəzarətsiz istifadəsinə dair dövlət qurumlarına müraciətində qeyd olunub.

S.Əliyeva bildirib ki, qanunvericilikdə elektroskuterlərin idarə olunması üçün minimum yaş həddi müəyyən edilsə də, bu tələbin real icrası təmin edilmir. Nəticədə yaşı 14-dən az olan uşaqların nəzarətsiz şəkildə ictimai yollarda hərəkəti həm onların həyatı, həm də digər yol hərəkəti iştirakçıları üçün birbaşa təhlükə yaradır.

Ombudsman vurğulayıb ki, son illərdə elektroskuterlər şəhərdaxili hərəkətdə alternativ nəqliyyat vasitəsi kimi geniş yayılsa da, bu proses yol hərəkəti təhlükəsizliyi ilə bağlı yeni və ciddi risklər formalaşdırıb:

"Xüsusilə azyaşlıların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin artması narahatlıq doğurur və mövcud hüquqi mexanizmlərin yetərli olmadığını göstərir. Texniki imkanlarına görə yüksək sürətə malik elektroskuterlərlə baş verən qəzalar zamanı kəllə-beyin travmaları və ölüm riski əhəmiyyətli dərəcədə artır. Bu baxımdan elektroskuterlərin təhlükəsizlik baxımından velosipedlə eyniləşdirilməsi əsaslandırılmış hesab edilə bilməz".

Seçilən
65
6
aznews.az

10Mənbələr