AZ

“Tehran” serialının prodüserinin meyiti tapıldı

Yunanıstanda "Tehran" serialının israilli prodüseri Dana Edenin cəsədi tapılıb.

"Cebheinfo.az" "Yeni Sabah"-a istinadən xəbər verir ki, o, serialın dördüncü mövsümünü çəkmək üçün Yunanıstana səyahət etmişdi.

Dana Edenin meyiti qaldığı oteldə aşkarlanıb.

Yunanıstan polisi Edenin ölüm səbəbini müəyyən etmək üçün meyitinin yarılması və otel işçilərinin dindirilməsi barədə göstəriş verib və onun ölüm səbəbinin "qeyri-təbii" olduğu güman edilir.

"Tehran" İsrailin ictimai kanalı sayılan "Kan 11" üçün çəkilmiş casus trilleridir. Onun premyerası 2020-ci ildə "Apple TV"də baş tutub.

İkinci mövsüm 2022-ci ildə, növbəti 2024-də yayımlanıb.

"Cebheinfo.az"

Seçilən
35
2
cebheinfo.az

3Mənbələr