AZ

Direktor müavini: Ümid edirəm ki, yaxın gələcəkdə BƏƏ-yə meyvə ixrac edəcəyik

Bakı, 16 fevral, foto İlqar Cəfərov, AZƏRTAC

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi əlaqələrin inkişafı hər iki tərəf üçün faydalıdır. Biznes əlaqələri bizim ölkəmizdə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən iş adamlarına istehsalı artırmaq üçün əsas verir. Coğrafiyası mövqeyi ilə əlaqədar olaraq BƏƏ ərzaq, sənaye və kənd təsərrüfatı məhsullarını daha çox idxal edirlər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Yaşıl Ranço” MMC-in direktor müavini Fuad Nağıyev deyib.

Onun sözlərinə görə, MMC-nin Xaçmaz rayonu ərazisindəki torpaq sahəsində meyvə yetişirirlər.

“Azərbaycan-BƏƏ qida və kənd təsərrüfatı işgüzar dəyirmi masasında iştirak etməkdə məqsəd bu ölkənin iş adamları və biznes strukturları ilə əlaqələr qurub məhsul ixrac etməkdən ibarətdir. Belə ixrac imkanı yarandığı üçün biz də alma və digər meyvə növlərinin yetirşdirilməsini artırmağı planlaşdırırıq. Əlaqələrin qurulması üçün potensial imkan yaranıb. Bu istiqamətdə dövlət öz dəstəyini əsirgəmir. Belə tədbirin təşkil olunması iş adamlarına və fermerlərə böyük dəstəkdir. İlk növbədə, məhsul istehsalının artırılması üçün potensial imkan yaranır, digər tərəfdən isə kənd təsərrüfatı sahəsində iş quranlar qazanclarını artırmaq şansı əldə edirlər ki, bu da ümumilikdə dövlətimizin sosial-iqtisadi inkişafına, insanların rifah halının yüksəlməsinə səbəb olur”, - deyə direktor müavini qeyd edib.

F. Nağıyev vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində iş adamları üşün münbit şərait yaradılıb və bu şəraitdən istifadə edib fəaliyyət arealını genişləndirmək lazımdır: “Ümid edirəm ki, yaxın gələcəkdə meyvə sahəmizi artırıb BƏƏ-yə meyvə ixrac edəcəyik”.

Seçilən
65
1
azertag.az

2Mənbələr