AZ

Mərhum atasından danışıb, etiraflar etdi

ain.az, Axsham.az portalına istinadən məlumat verir.

"Atam əlimdən tutub səhnəyə gətirdi, hamı ilə tanış etdi. Ən böyük fanatım atam idi. O, dünyasını dəyişəndən sonra düşünürdm ki, niyə oxuyuram? Ondan sonra oxumağımın mənası var? Atamın ətrafı da bilirdi ki, çox istəyir mən səhnədə olum. Atam deyirdi ki, istedadını gördüyüm üçün onun səhnədə olmasını istəyirəm".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Lətifə "Mədəni şou"da deyib. Sənətçi atasının vəfatından, onun sənətindəki rolundan danışıb:

"Albomum hazır idi. Amma deyirdim, təqdim etməyəcəyəm, atam yoxdur. Atamdan sonra hər şey dəyişdi. Ailəm yanımda oldu. Məni səhnəyə qaytardılar ki, səhnədə olmalısan. Telekanlların rəhbərləri atamın dostu idi. Hamısı dedi ki, sənin yanındayıq". 

Lətifə uzun müddətdir sənətində verdiyi fasilənin səbəbini açıqlayıb:

"Əvvəl mahnı yazdırıb, klip çəkdirəndə düşünürdüm ki, qiymətləndiriləcək. Amma görəndə ki, sənəti səninkindən aşağı olanlar daha çox qiymətləndirilir, geri çəkilirsən. Sonra "ByLati" markasını yaratdım, başım ora qarışdı. Sənətə həvəs azaldı. Ora da yaradıcı ortamdır. Amma hara gedirdimsə, hamı sənətdən soruşurdu. Ötən il qərar verdim ki, yenilik edəcəyəm. Bu il artıq başlamışam. İllərdir musiqini buraxan insanlar mənim yanıma qayıdıb".

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
78
axsam.az

1Mənbələr