AZ

“Namiq Dəlidağlı Sözdə görünən adam” kitabı nəşr edilib

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 16 fevral, AZƏRTAC

Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Namiq Dəlidağlının yeni kitabı işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, beş bölmədən ibarət olan kitabda N.Dəlidağlının yaradıcılığından bəhs edən ədəbi-tənqidi məqalələr, təhlil yazıları, dostlarının fikirləri, şairlə ədəbi mövzuda aparılan müsahibələr, ona həsr olunan şeirlərin bir qismi və müəllifin həyatının müxtəlif məqamlarını əks etdirən fotolar yer alıb.

Qeyd edək ki, N.Dəlidağlının indiyədək “Ağ gecənin nağılı”, “Hotel otağından reportaj”, “Əllidə ələnənlər”, “Sevgi sükunəti” (Özbəkistan), “Amma bəxtim gətirmədi” (Qırğız Respublikası) adlı şeir kitabları oxuculara təqdim olunub. N.Dəlidağlı, həmçinin Vətən müharibəsi şəhidi Sahib Musayevə həsr edilən “Bitməyən ömrün yarımçıq gündəliyi” publisistik kitabın müəllifi və dörd publisistik toplunun həmmüəllifidir.

Kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü Sevinc Qəribdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
115
1
azertag.az

2Mənbələr