AZ

​Şəhid atası 94 yaşını qeyd etdi

Şəhid Məzahir Rüstəmovun atası İzzət Rüstəmov ad gününü qeyd edib. Fevralın 15-də görkəmli alimin 94 yaşı tamam olub.
Metbuat.az xəbər verir ki, fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmov 1932-ci ildə Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olub. O, 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsi nəzdində “Fəlsəfə” ixtisasını bitirdikdən sonra bütün əmək fəaliyyətini fəlsəfə elminin inkişafı və bu sahədə araşdırmalara həsr edib. İzzət Rüstəmov 1984-1994-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyası Fəlsəfə kafedrasının müdiri, 1994-1999-cu illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini, 1999-2004-cü illərdə Baki Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində işləyib.

İzzət Rüstəmovun oğlu Məzahir Rüstəmov 6 avqust 1992-ci ildə Gədəbəy uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Seçilən
98
metbuat.az

1Mənbələr