ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı-Sumqayıt yolunda marşrut avtobusunun iştirakı ilə yol qəzası baş verib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Daewoo” markalı avtobus ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış zolaqda iki minik avtomobili ilə toqquşub.
Belə ki, avtobusa yol verməyən bahalı avtomobillər onu ön hissədən sıxışdırıblar. Bu zaman nəqliyyat vasitələrinə zərər dəyib. Xəsarət alan olmayıb.
Bildirilib ki, qəzaya “Mercedes G Class” markalı avtomobilin manevr qaydalarını pozması səbəb olub.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.