AZ

İlham Əliyevin Münhen mesajları

Newscenter.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Prezident İlham Əliyevin 62-ci Münhen Təhlükəsizlik Konfransında iştirakı Azərbaycanın xarici siyasətində mühüm bir mərhələ kimi yadda qalıb. 13-15 fevral 2026-cı il tarixlərində baş tutan bu səfər həm regional sülh, həm də qlobal logistika layihələri baxımından strateji mesajlarla zəngin olub. Uzun müddətdir ki, Cənubi Qafqazda sülh hökm sürür. İlham Əliyev bu dəfə Münhendə sülhü yaradan lider kimi iştirak edirdi.Dövlət başçısı konfrans çərçivəsində keçirilən panel müzakirələrində Azərbaycan və Ermənistan arasında sülh prosesinə toxunaraq, 2026-cı ilin sonuna qədər sülh müqaviləsinin imzalana biləcəyinə ümidvar olduğunu bildirib. O, 2025-ci ilin avqustundan bəri sərhəddə stabil vəziyyətin hökm sürdüyünü, artıq qarşılıqlı ticarət və yükdaşımaların bərpası istiqamətində addımların atıldığını vurğulayıb.Bütün dünyanın diqqətini çəkən əsas məsələ isə Orta dəhliz və onunla bağlı verilən mesajlar oldu. Çini Avropa ilə birləşdirən bu nəqliyyat qovşağının qlobal əhəmiyyəti böyükdür. Hazırda bu istiqamətdə mühüm işlər görülməkdədir. Birincisi, ABŞ-ın vasitəçiliyi ilə gündəmə gələn "Trump Route for International Peace and Prosperity" (TRIPP) çərçivəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyaların açılması müzakirə mövzusu olub. Eyni zamanda, Xəzərin dibi ilə çəkilən fiber-optik xətlər və yeni logistik imkanlar Azərbaycanın təkcə enerji deyil, həm də rəqəmsal tranzit ölkəsi olduğunu təsdiqləyib.Səfər zamanı cənab Prezident bir sıra mühüm əhəmiyyətli görüşlər də keçirdi. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas ilə enerji təhlükəsizliyi və nəqliyyat sahəsində əməkdaşlıq müzakirə olunub. Ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolunu nəzərə alsaq, bu görüşün əhəmiyyəti olduqca böyükdür.Həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirilib. Prezident Əliyev Ukraynadakı Azərbaycan diplomatik nümayəndəliklərinə edilən hücumlarla bağlı Rusiya tərəfinə öz kəskin iradlarını çatdırıb. Ölkəmiz bir daha beynəlxalq hüququn prinsiplərinə hörmətini ifadə edərək Ukraynaya dəstəyini nümayiş etdirib. Serbiya Prezidenti Aleksandr Vuçiç və digər dövlət başçıları ilə regional təhlükəsizlik və iqtisadi tərəfdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bu da Azərbaycanın qlobal miqyasda özünə yeni tərəfdaşlar tapmaq və hazırda tərəfdaşlıq etdiyi ölkələrlə daha sıx münasibətlər saxlamaq istəyinin nəticəsidir.Bu konfrans Azərbaycanın xarici siyasətində "post-münaqişə" dövründən "regional əməkdaşlıq və iqtisadi inkişaf" dövrünə tam keçidini nümayiş etdirən platforma kimi yadda qalıb. Münhen konfransı İlham Əliyev siyasətinin növbəti böyük uğuru kimi tariximizə düşdü.YAP Şirvan şəhər təşkilatının fəalı Əfsanə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
1
newscenter.az

2Mənbələr