AZ

“Medi Hall” hospitalda estetik əməliyyatdan ölüm – Prokurorluq araşdırmaya başladı

Bakıda qadın estetik əməliyyatdan sonra ölüb.

Heftelik.az  xəbər verir ki, hadisə Binəqədi rayonunda yerləçən “Medi Hall” hospitalda baş verib.

Fevralın 10-da Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Nigar İsmayılova hospitalda bədən şəkilləndirmə cərrahiyyə əməliyyatı olunub və fevralın 13-də ölüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, fevralın 10-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “MediHall Hospital”da əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək.

Seçilən
31
13
heftelik.az

10Mənbələr