AZ

Təkcə fayda deyil: Bu məşhur əlavə ürəyə zərər verə bilər

ain.az bildirir, Azpost saytına əsaslanaraq.

Kalium orqanizm üçün vacib mineral hesab olunsa da, əlavə formasında nəzarətsiz qəbulu ciddi risklər yarada bilər.AzPost xəbər verir ki, mütəxəssislər kalium tərkibli qida əlavələrinin həddindən artıq istifadəsinin ürək ritm pozğunluqları və digər təhlükəli fəsadlara səbəb ola biləcəyini bildirirlər.

Məlumata görə, kalium əlavələri hiperkalemiya – qanda kalium səviyyəsinin normadan artıq yüksəlməsi riskini artıra bilər. Xüsusilə yüksək dozada qəbul və ya həkim nəzarətinin olmaması bu təhlükəni gücləndirir.

Hiperkalemiya ilkin mərhələdə əksər hallarda simptomsuz keçə bilər. Lakin bəzi hallarda keyimə, iynəbatma hissi, əzələ zəifliyi və ürəkbulanma kimi əlamətlər müşahidə olunur.

Kalium səviyyəsi sürətlə yüksəldikdə isə vəziyyət daha da ağırlaşa bilər. Bu zaman ürəkdöyünmə, nəfəs darlığı, sinə ağrısı, güclü ürəkbulanma və qusma kimi simptomlar ortaya çıxa bilər.

Mütəxəssislər vurğulayırlar ki, əlavə qəbul etməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır.

Yüksək kalium səviyyəsi ürəyin elektrik aktivliyinə təsir göstərərək aritmiyaya – ürək ritminin pozulmasına səbəb ola bilər. Ağır və müalicə olunmayan hiperkalemiya həyati təhlükə yarada və təcili tibbi müdaxilə tələb edə bilər.

Bundan əlavə, ağız yolu ilə qəbul edilən kalium əlavələri mədə-bağırsaq pozğunluqları da yarada bilər. Mədə ağrısı, ürəkbulanma, qusma və ishal kimi yan təsirlər mümkündür.

Mütəxəssislər bu riskləri azaltmaq üçün kaliumu yemək zamanı və kifayət qədər su ilə qəbul etməyi, qəbuldan sonra isə azı 10 dəqiqə uzanmamağı tövsiyə edirlər.

Bəzi insanlar hiperkalemiya baxımından daha yüksək risk qrupuna daxildir. Bunlara müəyyən dərmanlar qəbul edənlər, böyrək xəstəliyi olanlar, diabetli şəxslər, ürək çatışmazlığı, böyrəküstü vəzi və ya qaraciyər problemləri olan pasiyentlər daxildir.

Qeyd edək ki, kalium bir çox təbii qidada da mövcuddur. 100 qram məhsulda kalium miqdarı belədir: quru ərik – 1160 mq, gavalı qurusu – 730 mq, kişmiş – 750 mq, balqabaq tumu – 809 mq, ağ lobya – 561 mq, mərcimək – 369 mq, ispanaq – 558 mq, avokado – 485 mq, batat – 440 mq, kartof – 425-540 mq, banan – 358 mq, qızılbalıq – 490 mq, tuna – 440 mq, mal əti – 330 mq, yoqurt – 255-380 mq.

Mütəxəssislər qeyd edirlər ki, əksər hallarda kaliumu əlavə şəklində deyil, balanslı qidalanma yolu ilə qəbul etmək daha təhlükəsiz hesab olunur.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
1
azpost.info

2Mənbələr