AZ

ABŞ hərbi logistik imkanlarını gücləndirir: Onlarla təyyarə Avropaya yönəldildi – FOTO

ABŞ son günlər Avropa istiqamətində hərbi hava daşımalarını və logistik fəaliyyətini xeyli artırıb. Məlumata görə, son bir gecə ərzində onlarla KC-135 və KC-46 tipli yanacaqdaşıyan təyyarənin ABŞ-ın şimal-şərqinə doğru hərəkəti qeydə alınıb. Bu uçuşların daha sonra Atlantik okeanı üzərindən Avropaya yönələcəyi ehtimal olunur.

NOCOMMENT.az xəbər verir ki, yanvarın 15-dən etibarən ABŞ və Yaponiyadan Avropa üzərindən Yaxın Şərq regionuna doğru ən azı 163 ağır nəqliyyat reysi həyata keçirilib. Söhbət C-17 və C-5 tipli hərbi yük təyyarələrindən gedir.

Məlumatlara əsasən, əsas istiqamətlər arasında İordaniya (98 reys), Səudiyyə Ərəbistanı (20 reys) və Küveyt (18 reys) üstünlük təşkil edir.

Bu barədə məlumatı hərbi-aviasiya fəaliyyətlərini izləyən ArmchairAdml yayıb. Bildirilir ki, sözügedən reyslər əsasən texnika, sursat, yanacaq və şəxsi heyətin daşınması məqsədi daşıyır.

Ekspertlərin fikrincə, ABŞ-ın bu addımı Yaxın Şərq və Avropa regionunda mövcud təhlükəsizlik vəziyyəti ilə bağlıdır və Vaşinqtonun mümkün hərbi-siyasi ssenarilərə hazırlığını göstərir. Xüsusilə regionda gərginliyin artması fonunda logistik imkanların gücləndirilməsi ABŞ ordusunun operativ fəaliyyət qabiliyyətini yüksəltməyə xidmət edir.

Qeyd olunur ki, hazırda ABŞ rəhbərliyi rəsmi olaraq bu uçuşların konkret məqsədi ilə bağlı geniş açıqlama verməsə də, proses beynəlxalq mediada ciddi maraq doğurur və mümkün hərbi hazırlıq kimi qiymətləndirilir.

Sara
NOCOMMENT.az

Seçilən
12
nocomment.az

1Mənbələr