AZ

Bakıda 43 yaşlı qadın estetik əməliyyatdan sonra ölüb, araşdırma aparılır - Yenilənib 

Şəxsin “MediHall Hospital'”da ölməsi faktı ilə bağlı araşdırma aparılır..

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, fevralın 10-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "MediHall Hospital”da əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

"Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək", məlumatda deyilir.

***

Bakıda estetik əməliyyat etdirən qadın vəfat edib.

Poliqon "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, fevralın 10-da Səttar Bəhlulzadə küçəsində yerləşən "Medi Hall" hospitalda bədənşəkilləndirmə əməliyyatı edilən 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın vəziyyəti kəskin pisləşib.

Tibbi müdaxiləyə baxmayaraq, o, fevralın 13-də vəfat edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Poliqon.info

Seçilən
41
13
poliqon.info

10Mənbələr